Tokionun mərkəzində “avtomobil hücumu”: 7 yaralı
Yaponiyanın paytaxtı Tokionun mərkəzində naməlum sürücü avtomobili səkiyə qaldıraraq kütlənin üstünə sürüb.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, hadisə Sindzyuku dəmiryol stansiyasının yaxınlığında qeydə alınıb.
Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, insident nəticəsində ən azı 7 nəfər xəsarət alıb, bir neçəsinin vəziyyəti ağırdır.
Digər təfərrüatlar barədə məlumat verilmir.

