Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Vətən onu sevənlər üçün müqəddəsdir

By Vüsal Rafiqoğlu
08.05.2021 3 Min Read

Düşüncələri erməni havadarları ilə eynilik təşkil edən antimilli qüvvələr bu duyğulardan məhrumdurlar

Avropada günlərini-gün edib səfil həyatı keçirən radikalların agent şəbəkəsinin erməni sevgisi bitmir. İkinci Qarabağ müharibəsində məğlub olan ermənilərdən betər məyus olan, xarici ölkələrdə «hay»ların nökərinə çevrilən milli xəyanətkarlarımız yenə də eyni ampluadadırlar. Doğulduğu, ilk qədəm basdıqları yerin daşına, torpağına arxa çevirərək, yadellilərin himayəsinə sığınan bu naqislər Azərbaycana böhtan yağdırmaqdan yorulmurlar.

Dünya ictimaiyyətinin Azərbaycanın işğalçı Ermənistan üzərində qələbəsinə heyran qaldığı bir məqamda belə ermənilərlə birgə göz yaşı tökən, AXCP sədri Əli Kərimlidən dərs alan milli xəyanətkarlar, sorosçular özlərinə gələ bilmirlər. 30 il işğal altında qalan torpaqlarımızı azad edən, dünya ictimaiyyətinin gücünə, qüdrətinə, döyüş bacarığına heyran qaldığı Milli Ordumuz haqqında böhtanlar səsləndirən Sevinc Osmanqızı, Qənimət Zahid kimiləri Azərbaycanın uğurlarına kölgə salmaq üçün vicdanlarını belə hərraca qoyublar. Yeri gəldi, gəlmədi ermənilərə xoş gəlmək üçün sabirsayağı «Ay alan, məmləkəti Rey satıram» deyərək ölkəmiz haqqında yalanları tirajlayırlar. Türk dünyasının aparıcı qüvvəsi olan Türkiyə və Azərbaycan əleyhinə təxribat aparan erməni lobbisinin əlində oyuncağa çevrilən, ermənilərin pərəstişkarları fransızlardan da qorxulu olan milli xəyanətkarlar heç bir dəyərə sahib olmadıqlarını xalqımıza qürur verən, sevinc bəxş edən tarixi hadisələri səssizliklə qarşılamaqla da təsdiqlədilər. Prezident, Ali Baş Komandan İlham Əliyevin qalib kimi dəfələrlə işğaldan azad edilmiş torpaqlarımıza səfərlərinə, Şuşada, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Xudafərin körpüsündə üçrəngli bayraqlarımızı ucaltmasına, Novruz bayramında Cıdır düzündə bayram tonqalını alovlandırmasına ermənilər kimi məyus olan antimillilər hətta Türkiyə hərbçilərinin Ağdamdakı monitorinq mərkəzindəki fəaliyyətinə qısqanclıqla yanaşdılar. Çünki sevinsəydilər erməni dayılarının xətrinə dəymiş olardılar. Ermənistanın savadsız, səriştəsiz, siyasətdən xəbərsiz, iki cümləni ard-arda demək qabiliyyətindən məhrum olan baş naziri Nikol Paşinyandan fərqli olaraq xarici jurnalistlərlə keçirdiyi mətbuat konfranslarında saatlarla çıxış edən, məntiqli cavabları ilə beynəlxalq ictimaiyyəti heyrətləndirən Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini 4 dildə açıqladı. ADA Universitetində keçirilən «Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq”» adlı beynəlxalq konfransdakı çıxışı ilə regionda yaranan yeni reallıqlara aydınlıq gətirən dövlət başçımız İlham Əliyevin işğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi, dağıdılmış, xarabazarlığa çevrilmiş şəhər və kəndlərimizdə yenidənqurma işlərinin başlanılması, infrastruktur layihələrinin icra edilməsi, kommunikasiya xətlərinin bərpa olunması, öz yurd-yuvalarından didərgin salınmış soydaşlarımızın ləyaqətli şəkildə qayıdışının təmin edilməsi istiqamətində fədakarlığı beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənsə də, Azərbaycanın çörəyi ilə böyüyən xəyanətkarları qəflət yuxusundan oyandırmır.

Torpaqlarımızı işğaldan azad etməklə milli qürurumuzu özümüzə qaytaran Silahlı Qüvvələrimizi dünyanın ən qüdrətli orduları sırasına çıxaran, qalib kimi Zəfər Paradı keçirən, Hərbi Qənimətlər Parkını yaradan Prezident İlham Əliyevin 44 günlük Zəfər yolu Azərbaycanı dünyada qüdrətli dövlət kimi tanıtdırdı. Amma bu zavallılar hadisələrə havadarlarının mənfur düşüncələri ilə yanaşdılar. Respublikamızı qüdrətli dövlətə çevirən dövlət başçımıza milyonların etimadından təşvişə düşən naqislər xalq-iqtidar-ordu üçlüyünə zəhərli fikirləri ilə xələl gətirməyə çalışsalar da həqiqətin qarşısında ağ bayraq qaldırmalı oldular.

Beynəlxalq maliyyə institutlarının hesabatlarında ilk onluqlarda yer alan ölkəmizin güclənən iqtisadiyyatını istəməyən agent şəbəkəsinin tör-töküntüləri, radikallar, revanşistlər Azərbaycan neftinin qiymətinin 14 dollara düşməsini bayram kimi qeyd etdilər. Hitler faşizmindən daha dəhşətli cinayətlər, faciələr, soyqırımlar törədən erməni cəlladlarının soydaşlarımıza qarşı vəhşiliklərinə göz yuman satqınlarımızın erməni havadarları ilə əməkdaşlıqları daha betər milli xəyanətdir.

Ermənilərin od vurub yandırdıqları Kəlbəcərin, Ağdamın, Füzulinin… külə dönən evlərini, abidələrini görəndə ürəyi sızıldamayan, əksinə, ermənilərə haqq qazandıran nadanları azərbaycanlı adlandırmaq milli dəyərlərimizə xəyanətdir.
Kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünün toxulmazlığı ilə bağlı qətnamələrini öz gücünə yerinə yetirən Azərbaycan Ordusu haqqında mənfi fikirlər söyləmək insanlıqdan kənar heyvani şüursuzluqdur.
10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasına nail olan Prezident İlham Əliyevin siyasi, coğrafi, regional əməkdaşlıq baxımından həyati əhəmiyyətə malik Zəngəzur dəhlizinin bərpası ilə bağlı qətiyyət göstərməsi, dövlət başçımızın xalqa müraciətləri, insanların dövlət başçımıza ünvanladıqları minnətdarlıq məktubları bayquş xislətli antimillilərin sayıqlamalarından daha inandırıcıdır.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Pakistan qəzetlərində məqalələr dərc edilib

Next

Çıxıbdır yenə də dizə lalələr… – VİDEO

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv