Gənclərin qəlbində yaşayan əbədi lider- Heydər Əliyev
“Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.”
Ümummilli lider Heydər Əliyev
Ulu Öndərin biz gənclərin qarşısına qoyduğu vəzifəni hər bir Azərbaycan gənci Müzəffər Ali baş komandanın əmrində yerinə yetirir. Ulu Öndər gənclərin qəlbində əbədi yaşayacaq lider olmasının ən böyük səbəblərindən biridə hər zaman Azərbaycanın tale yüklü məsələlərinin gənc nəsillərin öhdəsindən gələcəyinə inamı idi. “Gənclər günü”-nün təsis edilməsi, gənclərin dünyanın nüfuzlu universitetlərində təhsil almağa göndərilməsi hələ illər öncə Ulu Öndərin qəlbində Azərbaycan gəncinə olan sevginin göstəricisi idi. SSR dönəmində Naxçivanski adına hərbi məktəbin yaradılması, o dövr üçün Azərbaycanın hərb tarixində atılmış ən böyük addım idi. Çünki Heydər Əliyev Azərbaycanın gələcəyinin gənclikdə olduğunu bilir bu sahədə bütün lazımı addımları atırdı. Bunun nəticəsini Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gəncinin Qarabağ zəfəri göstərdi.
Şübhəsiz hər bir Azərbaycan gənci bu gün Heydər Əliyev siyasətinin, onun ideologiyasının, Azərbaycan sevgisini öz üzərində hiss edir. Bu gün hər bir Azərbaycan gənci hər bir addımın da Vətənə bağlılığı Ulu Öndərin həyatını oxuyaraq öyrənir, Çalışmağı Vətənə sadəqətlə xidmət etməyi, Ulu Öndərin həyat yolunun çətinliyini görərək dərk edir, oxumağı təhsili, Ümummilli liderin siyasi dehasını, bu gün üçün uzun illər öncədən düşünülmüş addımlar atmağı öyrənir. Ən əsas məqam Ulu Öndər elə bir şəxsiyyət idi ki, onun həyat yoluna baxan hər bir şəxs Azərbaycanı sevməyi öyrənir.
Hər bir ölkədə prezidentlər olur, onlar tarixdə və gənclərinin yaddaşlarında sadəcə prezident olaraq xatırlanır. Heydər Əliyev adınınn isə hər bir Azərbaycan gəncinin qəlbində əbədi yaşaması, gələcək nəsillərin xatirində “mənim əbədi yaşar Liderim” olaraq xatırlanması onun bir prezidentdən daha üstün olduğunun sübutudur. Çünki Heydər Əliyev yaşadığı hər anı Vətəni üçün addım atıb. “Azərbaycan dünyaya günəş kimi doğacaq!” dediyi zaman bu gün Azərbaycanın özlərini super güc adlandıran dövlətlərin qarşısında öz haqq məsələsində böyük siyasi və iqtisadi gücü ilə duracağını günü bilərək deməsi şübhəsiz onu dahi siyasi təfəkkürünün göstəricidir.
Hər bir Azərbaycan gəncinin, gələcək nəsillərin həyatında, inkişafında, vətən sevgisində imzası var Heydər Əliyevin. Parçalanmaqda olan bir ölkəni bir yumruq ətrafında birləşdirməyi bacardığı üçün, bütöv Azərbaycan var olduqca imzası olacaq qəlbimizdə, müstəqil ölkəmizdə, 3 rəngli şəhid qanı ilə ucalara qalxmış şanlı bayrağımız dalğanlandıqca Heydər Əliyevin imzası olacaq qəlbimizdə. Əsrin müqaviləsi ilə iqtisadi inkişafımızın təməlində Heydər Əliyevin imzası var. O zamanın dahisi idi. O xalqının xilaskarı idi. Onun davamçısı, ata vəsiyyətini həyata keçirərək dəmir yumruğu düşmənin başına od kimi endirən Müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanımız daha da inkişaf edəcək, əbədi yaşar lider daima qəlbimizdə yaşayacaq.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ilində hörmət və ehtiramla yad edirik.
Taleh Mansurov,
YAP Yasamal Gənclər birliyinin fəalı






