Sosial 

Minaların təmizlənməsinə nə qədər vəsait sərf edilib?

İşğaldan azad edilmiş ərazilərdə minaların təmizlənməsinə sərf edilən vəsaitin məbləği məlum olub.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bu barədə məsələ “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, 2020-ci il dövlət büdcəsinin ehtiyat fondundan bu məqsədlə 2,9 milyon manat sərf olunub.

Eyni zamanda Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi üçün 2020-ci il dövlət büdcəsinin ehtiyat fondundan 10,2 milyon manat vəsait sərf olunub.

Daha çox xəbərlər