Laosda 6 kənd sular altında qaldı, yüzlərlə itkin…
Laosun cənub-şərqində Attapeu əyalətində yerləşən su anbarının çökməsi nəticəsində çoxlu sayda insan həlak olub.
ARANTV.AZ xəbər verir ki, anbarın çökməsi nəticəsində 6 kənd sular altında qalıb.
Yüzlərlə insanın itkin düşdüyü bildirilir. Ölkənin baş naziri kabinet iclaslarını təxirə salaraq dərhal hadisə yerinə yollanıb.
Yerli qurumlar bölgə əhalisi üçün qida və tibbi ləvazimat dəstəyi göstərilməsi üçün çağırış edib.
axar.az

