Sosial 

Sürücülərin NƏZƏRİNƏ!

Bakı şəhərində Üzeyir Hacıbəyov küçəsinin Azadlıq prospektiylə və həmçinin Azadlıq prospektinin Zərifə Əliyeva küçəsi ilə kəsişdiyi yerlərdə yolun hərəkət hissəsi mayın 27-i, gecə saatlarından etibarən sol tərəfdən iki zolaq qədər daraldılacaq.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) “İki sahil”ə verilən məlumata görə, bu, 4-6 iyun tarixlərində Bakıda keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq işləri ilə əlaqədardır.

“Sürücülərdən xahiş olunur ki, hazırlıq işlərinin aparıldığı yerlərdə avtomobillərini parklamasınlar. Göstərilən anlayışa görə əvvəlcədən təşəkkür edirik”, – məlumatda qeyd edilir.

Daha çox xəbərlər