Jurnalistlərimizin Şəhid olmasına Qardaş ölkə Türkiyədə şiddətlə qınanılıb – VİDEO
2021-ci ilin 4 iyun tarixində azərbaycanlı jurnalistlərin ŞƏHİD olması ilə nəticələnən növbəti erməni terroru qardaş Türkiyədə şiddətlə qınanılıb.
ARANTV.AZ xəbər verir ki, Ankara Hacı Bayram Veli Üniversitesinin (AHBVÜ) Jurnalistika fakültəsinin dekanı Zakir Avşar məsələ ilə bağlı Azərbaycan Televiziyasına müsahibə verib.
Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında davamlı fəallığa və göstərilən mənəvi dəstəyə görə Mingəçevir Dövlət Universitetinin tərəfdaşı olan AHBVÜ-nin kollektivinə, rektor Yusuf Tekinə və dekan Zakir Avşara təşəkkür edirik.

