Tovuzda toyda dava düşüb, 3 nəfər bıçaqlanıb
Tovuzda bıçaqlanma hadisəsi baş verib.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Tovuz çayının kənarında toy məclisində qeydə alınıb.
1991-ci il təvəllüdlü Kərimov Mahir, 1991-ci il təvəllüdlü Hüseynov Fuad Polad oğlu və 1996-cı il təvəllüdlü Mehdiyev Fərid İlyas oğlu baş və əl nahiyələrindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.
Hər üç xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.

