Bərdə Bələdiyyəsinin sədri Sadiq Xəlilov şəhid ailələri, müharibə veteranları və aztəminatlı ailələrə qurbanlıq ət payladı
Bu gün İslam dünyasının xeyirxahlıq, qardaşlıq və yardımlaşma kimi gözəl hisslərini təqdim edən ən əziz bayramlardan biri Müqəddəs Qurban bayramıdı
Arantv.az xəbər verir ki, Bərdə Bələdiyyəsinin sədri Sadiq Xəlilovun təşkilatçılığı ilə Bərdə rayonunda yaşayan şəhid ailələri, əlillər, qazilər,müharibə veteranları, tənha ahıllar və aztəminatlı ailələrə Qurban sovqatı paylanıb.
Qeyd edək ki, Qurban Bayramı münasibətilə ümumilikdə 85 nəfər ailəyə qurban payı verilib.
Verilən qurban payı böyük sevinclə qarşılayan hər bir ailə Sadiq Xəlilova minnətdarlıqlarını bildiriblər.

