Hadisə 

Bakıda məhkəmə zalından qaçan şəxs saxlanıldı – FOTO

Bakıda məhkəmədən qaçan təqsirləndirilən şəxs saxlanılıb.

ARANTV.AZ  xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri ilə məhkəmə zalından qaçan şəxs müəyyən olunaraq saxlanılıb.

Həmin şəxs aidiyyatı üzrə təhvil verilib.

DİN-in mətbuat xidmətindən “Report”a fakt təsdiqlənib.

Qeyd edək ki, iyulun 20-də Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 1976-cı il təvəllüdlü Tərlan Həsənov narkotik vasitəsinin daşınmasına görə saxlanılıb. Daha sonra o, iyulun 21-də Suraxanı Rayon Məhkəməsinə gətirilib. Amma təqsirləndirilən şəxs prosesdən əvvəl məhkəmə zalından qaçıb.

Bakıda məhkəmə zalından qaçan şəxs saxlanıldı - FOTO12:03

Bakıda dustaq məhkəmədən qaçıb.

ARANTV.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, iyulun 20-də Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitəsinin daşınmasına görə saxlanılan şəxs bir gün sonra qaçıb.

1976-cı il təvəllüdlü Tərlan Həsənov barəsində verilən sanksiyaya baxılması üçün iyulun 21-də Suraxanı rayon Məhkəməsinə gətirilib.

Prosesdən öncə məhkəmə zalında polislərin başının qarışmasından və onun nəzarətsiz qalmasından istifadə edərək oradan qaçıb.

Daha çox xəbərlər