Ermənistanda COVID-19-a yoluxanların sayı 230993-ə çatıb
Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 280 yoluxma halı qeydə alınıb.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 230 993-ə çatıb.
Son 24 saat ərzində ölkədə COVID-19-dan 4 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4 625 nəfərə çatıb.

