Bakıda qadın boğazından və qarnından bıçaqlanıb
Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Şağan qəsəbəsində qeydə alınıb.
1996-ci il təvəllüdlü Pənahbəyova Ulduzə Tofiq qızı yaşadığı evdə boğaz və qarın nahiyyəsindən naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

