Kriminal
Fatimə Kərimovanı qətlə yetirən şəxs Türkiyədə saxlanıldı
Gürcüstanda azərbaycanlı Fatimə Kərimovanı qətlə yetirməkdə təqsirləndirilən Ağcabədi rayon sakini Emin Əliyev saxlanılıb. Ölkə.az oxu.az-a istinadla xəbər verir ki, qətl hadisəsindən sonra Gürcüstan daxili işlər orqanları E.Əliyev barəsində axtarış elan edib. E.Əliyev Türkiyə hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb. Məlumata görə, hazırda onun Gürcüstana təhvil verilməsi ilə bağlı işlər aparılır. Qeyd edək ki, Ağcabədi rayon […]
Tovuzda 32 yaşlı kişi qətlə yetirildi
Tovuzda qətl hadisəsi baş verib. Hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Tovuz Rayon Polis Şöbəsinə Bakı şəhər sakini, 32 yaşlı Elməddin Quliyevin kəsici-deşici alətlə xəsarət alması və yerləşdirildiyi xəstəxanada ölməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tovuz rayon sakini, 29 yaşlı Asəf Rüstəmov saxlanılaraq istintaqa təhvil verilib. Faktla […]
3 min azərbaycanlıya, 250 min isə… – İnsan orqanlarının qiyməti
Keniyanın Eldoret şəhərində yerləşən özəl xəstəxanada aparılan araşdırmalar dünyanın ən gəlirli transmilli cinayət bizneslərindən birinin yeni marşrutunu üzə çıxardı. İstintaq materiallarında donorlar arasında əsasən Azərbaycan, Qazaxıstan və Pakistan vətəndaşlarının, resipiyentlər arasında isə müxtəlif ölkələrdən, əsasən İsraildən gələn şəxslərin çoxluqda olması diqqət çəkdi. Məlum oldu ki, Almaniyada, Bavariyanın Vaysenburq şəhərində 24 yaşlı Azərbaycan vətəndaşının beynəlxalq orqan […]
Müəllimini güllələmiş şagirdin məhkəməsi başlayır
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtın Binəqədi rayonunda yerləşən “İdrak” liseyində müəllimə odlu silahla atəş açmaqda təqsirləndirilən şagirdin cinayət işi üzrə məhkəmə prosesi başlayır. Musavat.com xəbər verir ki, artıq iş üzrə hakim Vüqar Quliyevin sədrliyi ilə hazırlıq iclası keçirilib. Hazırlıq iclasında şagirdin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə iclasında onun vəkili Rəşad Mirmehdizadə bir sıra vəsatətlərlə çıxış edib. Vəkil […]
Azərbaycan vətəndaşları böyrəklərini satmağa necə məcbur ediliblər? – QANLI BİZNESİN QARANLIQ TƏRƏFİ
Xəbər verdiyimiz kimi, Almaniyanın aparıcı media qurumları – Deutsche Welle (DW), ZDF və Der Spiegel jurnalistləri tərəfindən aparılan beynəlxalq araşdırma Keniyada fəaliyyət göstərən genişmiqyaslı orqan alveri şəbəkəsini üzə çıxarıb. Məlum olub ki, İsrail vətəndaşlarından ibarət orqan mafiyası 50 Azərbaycan vətəndaşının orqanlarını çıxaraq satıb. Araşdırmanın nəticələri Keniya mətbuatında da geniş işıqlandırılıb. Musavat.com xəbər verir ki, Keniyanın Eldoret […]
“İdrak”da müəllimi güllələyən şagirdlə bağlı QƏRAR
Paytaxtın Binəqədi rayonunda yerləşən “İdrak” liseyində müəllimə qarşı silahlı hücum törətməkdə təqsirləndirilən məktəblinin cinayət işi üzrə məhkəmə baxışı mərhələsi başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən hazırlıq iclasında həm müdafiə tərəfinin, həm də zərərçəkmiş tərəfin vəsatətləri müzakirə olunub. Musavat.com-un məlumatına görə, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə ilk olaraq təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha […]
7 körpənin öldüyü yanğın işi – Hökm təxirə salınır?
Respublika Perinatal Mərkəzində baş vermiş və 7 yenidoğulmuş körpənin ölümü ilə nəticələnən yanğınla bağlı cinayət işi üzrə məhkəmə araşdırmaları yekun mərhələyə çatıb. Lakin hökm ərəfəsində prosesdə gözlənilməz hadisə baş verib. Musavat.com-un məhkəmə zalından əldə etdiyi məlumata görə, ötən gün, iyunun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərə son […]
Azərbaycanda dəhşətli qətl baş verdi
Goranboy rayonunda dəhşətli qətl hadisəsi baş verib. 1992-ci il təvəllüdlü Rövşən Məmmədov idarə etdiyi avtomobillə boşanma ərəfəsində olduğu həyat yoldaşı, 2003-cü il təvəllüdlü Sevinc Məmmədovanın sürdüyü maşına qəsdən çırpılıb. Daha sonra o, avtomobildən düşərək Sevinc Məmmədovanı bıçaqlayaraq qətlə yetirib. Hadisə zamanı avtomobildə olan Sevinc Məmmədovanın ögey anası, Ukrayna vətəndaşı, 1974-cü il təvəllüdlü Natalya Xudenka da […]
“Referans” klinikasının direktoru arvadını niyə güllələyib?
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Vasif Kərimovun cinayət işinin bəzi təfərrüatları məlum olub. Musavat.com pravda.az-a istinadla xəbər verir ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. İttihama əsasən, təqsirləndirilən şəxs həyat yoldaşını qısqanclıq zəminində onu odlu silahla yaralayıb. Vasif Kərimov 2025-ci ilin iyul ayında Bakı şəhəri, Yasamal rayonu, […]
Eltisinin ölümünə səbəb olan estetik cərrahdan XƏBƏR VAR
Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə Bakıda qaynının arvadını estetik əməliyyat edərək, onun ölümünə səbəb olmaqda ittiham edilən “AzE Estetik Mərkəz”in direktoru Ülviyyə İlyasovanın işinin yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış cinayət işi üzrə qərar elan edilib. Qərara əsasən, onun barəsində çıxarılmış hökm dəyişdirilib və 3 il 9 ay müddətə azadlıqdan məhrumetmə […]