Bərdədə qardaş dostu ilə birgə qardaşını öldürüb

Bərdədə qardaş dostu ilə birgə qardaşını öldürüb

Qardaş dostu ilə əlbir olub qardaşını öldürüb.

ARANTV.AZ xəbər verir ki, hadisə Bərdənin Hacıallı kəndində qeydə alınıb.

1988-ci il təvəllüdlü İnayət Nəzərov dostu Şəhriyarla qardaşı, 1984-cü il təvəllüdlü Səxavət Nəzərovu bıçaqlayaraq öldürüb.

Qardaşların əmisi Nofəl Əliyev bildirib ki, qardaşlar arasında uzun illər əvvəl yaranan mübahisəyə səbəb qısqanclıq olub. Mərhumun 5 gün əvvəl isə övladı dünyaya gəlib.

Cinayəti törədən şəxslər saxlanılıb

Faktla bağlı Bərdə rayon prokurorluğunda cinayət işi açılıb.