Siyasət 

ABŞ səfirliyi Azərbaycan sülhməramlılarına təşəkkür edib

ABŞ-ın Azərbaycandakı səfirliyi Əfqanıstanda xidmət etmiş Azərbaycan sülhməramlılarına təşəkkür edib.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə səfirliyin feysbuk səhifəsində bildirilib.

Paylaşımda qeyd edilib:

“Əfqanıstan hava limanında xidmət edən Azərbaycan sülhməramlılarına təşəkkür edirik! Azərbaycan sülhməramlılarına, ABŞ və NATO tərəfdaşlarının Kabil Hava Limanını təxliyələri zamanı təhlükəsizliyi təmin etməkdə kömək etdikləri üçün minnətdarıq.Əsgərlərin Azərbaycana salamat dönməklərinə sevindik!”

Daha çox xəbərlər