Bərdədə ər parkda arvadını öldürdü
Bərdə rayonunda ər arvadını öldürüb.
ARANTV.AZ xəbər verir ki, hadisə bu gün rayonun mərkəzində yerləşən parklardan birində baş verib.
Rayonun Muğanlı kənd sakini, 25 yaşlı Tural Mustafayev həyat yoldaşı Təranə Mustafayevanı ürəyindən və boynundan bıçaq zərbəsi vuraraq qətlə yetirib.
Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.Trend

