Hadisə 

Goranboyda minik maşını “KamAZ”la toqquşub, xəsarət alanlar var

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ 2107” markalı minik maşını “KamAZ” maraklı yük maşını ilə toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faklta bağlı araşdırma aparılır.

Daha çox xəbərlər