Hadisə 

Astarada dənizdə 62 yaşlı qadının meyiti tapılıb

Astarada yaşlı qadının meyiti tapılıb.

ARANTV.AZ  xəbər verir ki, Xəzər dənizinin rayonun Şahağacı kəndi ərazisindəki sahilində 1959-cu il təvəllüdlü Validə Əlişah qızı Dadaşovanın meyiti aşkarlanıb. Mərhumun ayaqqabılarının tapıldığı yerin yaxınlığında qohumları tərəfindən dənizdən çıxarılan meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər