Kriminal 

Şirvan şəhər sakini həmyerlisini qətlə yetirib

Şirvan şəhərində həmyerlisini bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Xəyyam Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ARANTV.AZ  xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə gönədərilib.

Cinayət işi hakim Nizami Quliyevin icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası oktyabrın 5-nə təyin olunub.

Qeyd edək ki, hadisə bu ilin iyun ayında Şirvan şəhərində baş verib. Şəhər sakini 1981-ci il təvəllüdlü Babayev Fəxrəddin Veys oğlu həmyerlisi 1991-ci il təvəllüdlü Mirzəyev Xəyyam Mehman oğlu tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Cinayəti törətməkdə şübhəli bilinən Xəyyam Mirzəyev polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Ona qarşı  Cinayət Məcəlləsinin 120.2.4-cü ( xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

Daha çox xəbərlər