Kriminal 

Tovuzda kişi həmyerlisini bıçaqladı

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb.

Kənd sakini 1988-ci il təvəllüdlü Süleymanov Qədir həmyerlisi 1992-ci il təvəllüdlü Cəfərov Elçin tərəfindən bıçaqlanıb.

Hadisə nəticəsində Q.Süleymanov daxilə nüfuz etməyən yeddi bıçaq zərbəsi alıb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər