Hadisə 

Bakıda ibtidai sinif müəllimi koronavirusun qurbanı oldu

Bakıda orta məktəblərin birində ibtidai sinif müəllimi işləyən Həsənova Zeynəb Aydın qızı koronavirusun qurbanı olub.

Bu barədə BAKU.WS-ə mərhumun yaxınları məlumat verib.

Bildirilir ki, 56 yaşlı müəllim 20 gün xəstəxanada müalicə alsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Həsənova Zeynəbin çalışdığı 202 №-li tam orta məktəb onun ölümünü təsdiqləyib.

Daha çox xəbərlər