Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyinin “Uğurunu Paylaş” layihəsinin növbəti görüşü keçirilib.
“Uğurunu Paylaş” layihəsinin qonağı öz sahəsində uğur qazanmış gənc idman müəllimi İbrahim Cavanşirli “Karate” idman növündə əldə etdiyi uğurlardan gənclərə danışıb. Qeyd edək ki, İbrahim müəllim peşəkar olduğu idman növündə 2 dəfə dünya kubokunun qalibi, 3 dəfə Beynəlxalq turnirin qalibi, Zona yarışlarının çempionu, Karate idman növündə 1-ci qara kəmərin sahibi, Azərbaycan çempionudur. Bununla yanaşı Vətən müharibəsində iştirak edib, Cəbrayıl və Qubadlı rayonlarında gedən döyüşlərdə iştirakına görə medal ilə təltif edilib.
Mərkəzin əməkdaşları və gəncləri İbrahim müəllimə bundan sonrakı həyatında yeni nailiyyətlər və uğurlar arzu etdiklərini bildiriblər.











