Siyasət 

Azərbaycan bütün dünyaya örnək göstəriləcək bir inkişaf modeli ilə bölgəni inkişaf etdirmək üçün işlərini davam etdirir

“Bura gəlməzdən əvvəl Füzulini bir tərəfdən Şuşaya, digər tərəfdən isə cənub sərhədləri boyunca Ağbəndə, gələcəkdə də Naxçıvana birləşəcək yolların inşa edilməsini gördük və işləyən qardaşlarımızla bir araya gəldik”.

ARANTV.AZ  xəbər verir ki,  bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Zəngilanda keçirilən birgə mətbuat konfransında çıxışı zamanı deyib.

“Bu qədər qısa vaxtda bölgənin bərpasında qət edilən məsafə həm Azərbaycan, həm də bölgəmiz üçün qürur, eyni zamanda ümidvericidir. Azərbaycan bütün dünyaya örnək göstəriləcək bir inkişaf modeli ilə bölgəni inkişaf etdirmək üçün işlərini davam etdirir”, – deyə dövlət başçısı vurğulayıb.

Daha çox xəbərlər