Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Əsas səhifə

Qarabağ və Şərqi Zəngəzura yeni nəfəs gəlir

By Vüsal Rafiqoğlu
28.10.2021 3 Min Read

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq uğurlu hərbi əməliyyatlara başlayan Azərbaycan Ordusu böyük Qələbə qazanaraq, torpaqlarımızın 30 ilə yaxın davam edən işğalına son qoydu. Azərbaycan Ordusu 1993-cü ildən Ermənistanın əraziləri işğal etdiyi, o cümlədən Qarabağın ürəyi, incisi olan Şuşanı 44 gün ərzində azad etdi.

İşğaldan azad olunmuş torpaqlarımızda aparılan abadlıq, quruculuq işləri Azərbaycanda yeni çiçəklənmə, rifah dövrünün başlanğıcıdır. Belə ki, erməni işğalçılarından təmizlənmiş, azad edilmiş torpaqlarımızda yenidənqurma işləri sürətlə davam etdirilir. Xatırladaq ki, işğaldan azad edilən torpaqlarda bərpa və quruculuq işlərinin sürətlə aparılması məqsədilə Azərbaycan Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə Əlaqələndirmə Qərargahı fəaliyyətə başlayıb. Enerji və nəqliyyat infrastrukturu yaradılır, düşməndən təmizlənən ərazilərin bərpası dünyanın ən qabaqcıl texnologiyalarının tətbiqi ilə reallaşdırılır, “ağıllı kənd” kompleksləri, hava limanları tikilir. Çünki 27 il işğal altında saxlanılan yurd-yuvalarımız tamamilə dağıdılıb, bütövlükdə inzibati binalar, evlər, sosial obyektlər, meşələr məhv edilib. Elə müharibə dövründə həm Suqovuşanda, həm Talış kəndində yolların və infrastrukturun bərpası həyata keçirildi.

Proseslər bu gün də davam etdirilməkdədir. Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi.  Digər hava limanının isə Zəngilanda tikintisi aparılır. Bu hava limanının uçuş-enmə zolağı üç kilometrə bərabər olacaq və hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək. Hava limanının 2022-ci ilə qədər istifadəyə verilməsi planlaşdırılır. Üçüncu hava limanının tikintisi isə Laçında aparılır. Bu hava limanının yerləşmə yeri öz unikallığı ilə fərqlənir. Belə ki, bu hava limanı Laçın şəhərinə 30 km, Kəlbəcər şəhərinə 60 km, Şuşaya isə 70 km məsafədə yerləşir. Sözügedən hava limanının da uçuş-enmə zolağı standartlara uyğun olaraq üç kilometrdir. Buraya da bütün növ təyyarələr, o cümlədən ən ağır yük təyyarələri də enə biləcək. Bu hava limanı yerli şirkət tərəfindən inşa olunacaq. Körpülərlə bağlı işlər də davam etdirilir.

İşğaldan azad olunmuş ərazilərdə dəmir yolu infrastrukturu da yenidən qurulur. “Azərbaycan Dəmir Yolları” QSC Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu xətlərinin yenidən qurulması və Füzuli-Şuşa yeni dəmir yolu xəttinin inşası işlərini davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2021-ci il fevralın 14-də təməli qoyulmuş Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 kilometrə bərabərdir. Birxətli dəmir yolu 8 stansiyadan ibarət olacaq, həmçinin layihə çərçivəsində ümumilikdə 300-ə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır. Horadiz stansiyası ilə yanaşı, digər yeddi stansiya – Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Mincivan, Bartaz və Ağbənd tamamilə yenidən tikiləcək. Füzuli-Şuşa istiqamətində ilk dəfə inşa ediləcək birxətli elektrikləşdirilmiş dəmir yolu xəttinin ox üzrə uzunluğu 83,4 kilometrə bərabərdir. Layihə çərçivəsində iki yeni stansiya – Füzuli və Şuşa stansiyalarının, habelə 200-ə yaxın süni mühəndis qurğularının layihələndirilməsi və tikintisi planlaşdırılır. Hazırda dəmir yolu xəttinin trassasının ümumilikdə topoqrafik tədqiqat işləri tamamlanıb və süni mühəndis qurğularının layihələndirilməsi davam etdirilir.

Təcavüzkarlardan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda enerji təminatı ilə bağlı işlər də davam etdirilir. 2022-ci ilin yaz aylarınadək enerji təminatı ilə bağlı şəbəkə artıq tam formalaşacaq. Şuşa və Hadrut şəhərlərinin fasiləsiz enerji təminatı həyata keçiriləcək. Digər bölgələrimizin infrastruktur layihələrinin həyata keçirilməsi və üçüncü mərhələdə inzibati sosial və yaşayış binalarının inşa edilməsi üçün təbii ki, enerji təminatı, kommunal xidmətlərin əlçatanlığı çox vacib, prioritet məsələlərdəndir.

Qeyd edək ki, oktyabrın 26-da Zəngəzur dəhlizinin – Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyuldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəlcə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış oldular. Mərasim Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçılarına görülən işlər barədə məlumat verərək bildirdi ki,   hərəkət etdiyimiz bu yol Əhmədbəyli-Füzuli-Şuşa yoludur. Bu yol altı-dörd cərgədən ibarət olacaq. Yolun uzunluğu 81 kilometrdir. Bu yolun başlanğıcdan 50-ci kilometrədək 51 kilometrlik hissəsini Azərbaycan şirkətləri, əllinci kilometrdən 81-ci kilometrə qədər hissəni isə Türkiyənin “Kolin İnşaat” və “Çingiz İnşaat” şirkətləri işləyir. Türkiyə şirkətlərinin işlədiyi hissədə 6 kilometr uzunluqda tunel tikilir və 7 yol ötürücüsü tikiləcək. Tunellərin ümumi uzunluğu 6500 metrdir. Hazırda Şuşa şəhərinin girişində olan 4-cü və 5-ci tunellər artıq tikilmişdir. Biri 431 metr, digəri isə 530 metr uzunluğundadır.

30 illik işğaldan azad olunan torpaqlarımıza yeni nəfəs gəlir. Tezliklə bu torpaqlarımız böyük investisiyalar məkanına çevriləcək.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycan-Türkiyə: Unikal müttəfiqlik nümunəsi

Next

Zəfər xronikası 28 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə verib – VİDEO – FOTO

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv