Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Doğum günü olan şəhidlərimiz – FOTO

By Vüsal Rafiqoğlu
29.10.2021 3 Min Read

44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan altı qəhrəmanımızın doğum günüdür.

ARANTV.AZ Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.

Kapitan Həsənov Ceyhun Aydın oğlu 1985-ci il oktyabrın 29-da Tovuz rayonunun Çeşməli kəndində anadan olub. 1992-2001-ci illərdə Bakı şəhəri Xətai rayonu Ə.Abbasov adına 257 nömrəli tam orta məktəbdə, 2001-2003-cü illərdə isə C.Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb.

2004-2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) “Motoatıcı” ixtisası üzrə ali hərbi təhsil alan Ceyhun Həsənov 2009-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

O, xidmətə Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə davam edib.

Azərbaycan Ordusunun kapitanı olan Ceyhun Həsənov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə iştirak edib.

Qəhrəman kapitanımız sentyabrın 27-də Füzuli istiqamətində döyüş tapşırıqlarını yerinə yetirən zaman şəhid olub. Şəhidimiz İkinci Şəhidlər Xiyabanda dəfn edilib.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Ceyhun Həsənov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Əsgər Məmmədov Rövşən Müşfiq oğlu 29 oktyabr 1995-ci ildə Mingəçevir şəhərində anadan olub. 2002-2008-ci illərdə Rusiyanin Volqoqrad şəhərində yerləşən 37 saylı orta məktəbdə, 2008-2013-cü illərdə isə Sumqayıt şəhər 4 saylı tam orta məktəbdə təhsil alıb. 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin oktyabrında Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhidimiz Şəki rayonu Böyük dəhnə kəndində torpağa tapşırılıb.

Prezidenti İlham Əliyevin müvafiq ərəncamına əsasən, Rövşən Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Əsgər Nağıyev Baloğlan Müdəhətoviç oğlu 1996-cı ildə Rusiya Federasiyasının Tomsk şəhərində anadan olub.

Vətən müharibəsində iştirak edən B.Nağıyev Suqovuşan istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Şəhidimiz Bərdə rayonunda torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Baloğlan Nağıyev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Əsgər Quliyev Teymur Zamin oğlu 2001-ci ildə Bakıda anadan olub. O, Saray qəsəbəsi Mikayıl Ələkbərov adına 1 saylı tam orta məktəbdə təhsil alıb.

Sebtyabrın 27-dən döyüş bölgəsinə yollanan T.Quliyev Füzuli və Qubadlı rayonlarının işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə iştirak edib.  Verilən döyüş tapşırıqlarını uğurla yerinə yetirən qəhrəmanımız oktyabrın 24-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Şəhidimiz Novxanı qəbiristanlığında torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Teymur Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Əsgər Soltanov Gəray Xəlil oğlu 1993-cü il oktyabrın 29-da Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. O, Aprel döyüşlərində könüllü olaraq iştirak edib.

27 sentybardan başlayan Vətən müharibəsinə də könüllü yollanan Gəray Soltanov işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. 44 günlük Vətən müharibəsində Cəbrayılın və Füzulinin işğaldan azad edilməsi istiqamətində gedən döyüşlərdə savaşıb.

Gəray Soltanov oktyabrın 3-də Füzulinin azad olunması istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Şəhidimiz Beyləqan rayonunda torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” ,“Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Leytenant Xəlilov Coşqun Mikayıl oğlu 1998-ci il oktyabrın 29-da Neftçala rayonunun Xol Qaraqaşlı kəndində ziyalı ailəsində anadan olub. O, 2015 -ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. O, 2019-cu ildə leytenant kimi Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə taqım komandiri kimi xidmətə başlayıb.

Vətən müharibəsi zamanı bölük komandiri vəzifəsinə təyin edilən C.Xəlilov Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə savaşıb.

Coşqun Xəlilov oktyabrın 5-də döyüş tapşırığını yerinə yetirərkən, düşmən gülləsinə tuş gələrək şəhid olub. Şəhidimiz Neftçala rayonunda dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Coşqun Xəlilov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“PAŞA Bank” noyabrın ortalarında “Apple Pay” sistemini işə salacaq – İdarə heyətinin üzvü

Next

Bərdə rayonunun Qarayusifli kəndində erməni terroru nəticəsində həlak olanların xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı olub.

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv