Sosial 

“Zəfər” yarmarkasında Zəfər ağacı yerləşdirilib

“YAŞAT” Fondunun “Zəfər” Yarmarkasında Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə Zəfər ağacı yerləşdirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə verilən xəbərə görə, STP Şirkətlər Qrupu tərəfindən hazırlanan ağacın üzərində Vətən müharibəsi şəhidlərinin hər birinin ad, soyadı, ata adı, doğum tarixi və sonsuzluq işarəsi qeyd olunub.

Daha çox xəbərlər