Gündəm 

AĞDAM  RAYONU  İQTİSADİ  İNKİŞAFIN YENİ  YÜKSƏLİŞ  DÖVRÜNÜ  YAŞAYIR

Respublikamızın hər bir guşəsi kimi Ağdam rayonu da, hazırda özünün yeni inkişaf dövrünü yaşamaqdadır. 1969-cu ildən sonra ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə rəhbərlik etdiyi vaxtlarda güclü istehsal potensialını və zəngin infrastrukturunu özündə cəmləşdirən bu rayonda, son illər Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının diqqət və qayğısı sayəsində müəyyən yeniliklər əldə olunmuşdur ki, bunlar da Ağdamın yeni yüksəliş dövrünün sübutudur. Faktdır ki, bu gün rayon sakinləri Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurların bəhrəsini gündəlik hiss edir, ölkədəki ümumi yüksəliş və tərəqqi xəttini lazımınca dəstəkləyirlər.

Qeyd edək ki, Ağdam rayonu erməni cəlladları tərəfindən ələ keçirilməzdən öncə yurdumuzun cənnət guşələrindən biri idi. Yəni, rayonun sıx ormanları, minbir ətir saçan gülü-çiçəyi, diş göynədən sərin bulaqları, göz oxşayan bağları və s. haqda nə qədər danışsaq da, sanki Ağdamın şəninə söz çatmazdı. Bu rayonun əhalisinin qonaq pərvərliyinə, səmimiyyətinə, hər kəsə qarşı həssas münasibət bəsləmələrinə və atdıqları addımların varlığına görə, hər kəsdə bir sevgi, xüsusi bir yanaşma hissi mövcuddur. Ümumiyyətlə, Ağdam da daxil olmaqla Azərbaycan xalqının qonaqpərvərliyindən harda tapılar?!… Bəli, bu gün Azərbaycanın iqtisadi qüdrətinin ildən-ilə yüksəlməsində, həyata keçirilən möhtəşəm quruculuq işlərinin geniş vüsət almasında və s. bu rayonun xüsusi rolu olub. Unutmaq olmaz ki, rayon icra hakimiyyətinin başçısı hörmətli Həsənov Vaqif  Bəhram oğlu rayon fəallarının, icra aparatı əməkdaşlarının və digər şəxslərin iştirakı ilə keçirdiyi görüşlərdə dəfələrlə vurğulayıb ki, Ağdam da daxil olmaqla ölkəmizin bütün regionlarında əldə olunan iqtisadi yüksəliş, əsası ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən olunmuş uzaqgörən siyasətin və İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasətin nəticəsində əldə olunmaqdadır. Qeyd edək ki, Vaqif Həsənov Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə, Ağdam Rayon İcra Hakimiyyətinə başçı təyin olunub və o, ötən müddət ərzində bu rayonun tarixində silinməz izlər də buraxıb.

Yəqin hər kəsə bəllidir ki, Ağdam RİH-nin başçısı heç də sıradan bir şəxs deyil. O, idarəçilik sahəsində kifayət qədər zəngin həyat yolu keçən, təmiz əqidəsi və başlıca amalı ilə ulu öndər Heydər Əliyev siyasətini lazımınca müdafiə edən, ölkə rəhbəri İlham Əliyev cənablarının ümumilli maraqlarımızın təmin olunması yöndə etdiyi hər bir çağırışa dəstək verən rəhbər şəxsdir. Bu şəxsin həyat və fəaliyyəti haqda az-çox məlumatı olan hər kəs bilir ki, Vaqif müəllim sözü birbaşa üzə deyən, əqidəsindən dönməyən, atdığı addımları ilə özünün mərd, kişiyanə mövqeyini ifadə etməyi bacaran vəzifə sahibidir. O, 18 fevral 1959-cu ildə Ağdam rayonunda anadan olur və 1977-ci ildə ilk dəfə əmək fəaliyyətinə Bərdə Kolxozlararası Tikinti idarəsində fəhləlikdən başlayır. 1977-1979-cu illər ərzində isə, həqiqi hərbi xidmətdə olur. 1980-1987-ci illərdə 26 Bakı  Komissarı adına Neft Qaz Çıxarma İdarəsində elektrik çilingəri, 1987-1989-cu illərdə isə, 26 Bakı Komissarı adına Neft Qaz Çıxarma İdarəsinin Mənzil Kommunal Təsərrüfatının partiya təşkilatının katibi vəzifəsində çalışır. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix, 1991-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnistitutunun Politologiya, 2003-cü ildə isə Azərbaycan Dövlət Neft Akademiyasının Faydalı Qazıntı yataqlarının işlənməsi, Neft Qaz yataqlarının işlənməsi və istismarı fakultələrində ali təhsilini başa vurur. 1991-ci ildə 26 Bakı Komissarı adına Neft Qaz Çıxarma İdarəsinin partiya komitəsinin katibi, 1991-1995-ci illərdə Ə. Ç. Əmirov adına Neft Qaz Çıxarma İdarəsinin Xüsusi şöbəsinin rəisi, 1995-2001-ci illərdə H.Z.Tağıyev adına Neft Qaz Çıxarma İdarəsinin Mənzil Kommunal Təsərrüfatının rəisi, 2001-2005-ci illərdə H.Z.Tağıyev adına Neft Qaz Çıxarma İdarəsinin Kadrlar şöbəsinin rəisi, 2005-2006-cı illərdə N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsində rəisin ümumi məsələlər üzrə müavini, 2006-2011-ci illərdə Bakı şəhəri, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini, 2011-2013-cü illərdə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini, 2013-2018-ci illərdə isə Bakı şəhəri Xəzər Rayon İcra hakimiyyəti başçısının birinci müavini vəzifələrində çalışmışdır.

Bəli, bütün bunlar onu sübut edir ki, Ağdam RİH-nin başçısı həm böyük həyat yolu keçən, elmli, həm də idarəçilik sahəsində lazımi səviyyədə təcrübəsi olan icra başçısıdır. Vaqif Həsənov hər zaman ümummilli lider, mərhum prezidentimiz Heydər Əliyevin dahiliyi, siyasi idarəçilik təcrübəsi, möhkəm iradəsi və çağdaş mənada dövlətçiliyin təməl prinsiplərinə dərindən bələd olması, siyasi fəaliyyəti boyu belə bir prinsiplərə istinad etməsi, bir fenomen şəxsiyyət olaraq uzaqgörənliyi, müdrikliyi, ən  ağır vəziyyətlərdə düzgün qərar qəbul etmək bacarığı haqda söhbət salar və onun əziz və işıqlı xatirəsinin daim xalqımızın qəlbində əbədi yaşayacağını da vurğulayar. RİH-nin başçısı çıxışlarında bir məqamı xüsusi vurğulayır ki, 15 iyun günü müstəqillik tariximizə “Milli Qurtuluş günü” kimi daxil olub. Bu qurtuluşda dövlətçiliyimizin gələcək mövcudluğunun təməldaşı qoyuldu. Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində, Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən birdəfəlik qurtuldu. Onun xilaskarlıq missiyası sayəsində Azərbaycan dünyanın bir çox regionlarına nisbətən daha da inkişaf etdi və ötən illər ərzində yeni proqramların icrasına, infrastruk layihələrinin reallaşmasına, insanların sosial-rifah halının yüksəlməsinə, bütövlükdə dövlətimizin gündən-günə çiçəklənməsinə geniş imkanlar açıldı. Görülən işlər, hal-hazırda möhtərəm prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində öz bəhrəsini verməkdədir.

Başqa bir faktı qeyd edək ki, 44 gün ərzində davam edən Vətən müharibəsi zamanı RİH-nin başçısı hərbi xidmətdə olan hər kəsin diqqətdə saxlanılması, onların alələrinə məxsus problemlərin həlli yöndə aidiyyatı üzrə lazımi tapşırıqlarını verir.Bu gün də şəhid ailələrinin hər biri rayon rəhbərliyinin daim diqqətində olur. Bundan əlavə, Ağdam rayonu ərazisində olan qazilərin hər birinə RİH-nin başçısı tərəfindən lazımi səviyyədə diqqət və qayğı göstərilir. Yəni, mütəmadi olaraq həmin şəxslərlə əlaqə saxlanılır, rəhbərlik onların problemləri ilə maraqlanır, müayinə və müalicə işlərinə köməkliklər göstərilir. Hətta, Vaqif Həsənov vaxtaşırı icra hakimiyyətində vəzifə sahibi olan şəxslərlə birlikdə şəhid məzarlarını ziyarət edir ki, bunu o, özü üçün bir vətəndaş borcu hesab edir. Hal-hazırda torpaqlarımızın bütövlüyü uğurunda şəhid olanların il yas mərasimlərinin təşkili, lazımi köməkliklərin göstərilməsi RİH-nin başçısı tərəfindən xüsusi diqqətdə saxlanılır. Bütün bunlar onu göstərir ki, indiyə kimi müəyyən həyat yolu keçən, lazımi idarəçilik təcrübəsi qazanan, qəlbində xalqına, dövlətinə qarşı sevgi hissi gəzdirən Vaqif Həsənov, üzərinə düşən vəzifə borcunu lazımi səviyyədə yerinə yetirən rəhbər şəxsdir. İnanırıq ki, icra başçısının uğurlu fəaliyyəti, çevik idarəçilik bacarığı, hər kəsə qarşı olduqca diqqətcil olması, bundan sonra ona daha da uğur gətirəcək.

Bəli, bu yöndə atılan addımların varlığı bir daha onu sübut edir ki, Vaqif Həsənov Ağdamda icra başçısı olduğu ötən müddət ərzində, rayonun bütün sahələrində əsaslı addımların atılması qarşıya əsas məqsəd qoyulub. Ona görə də düşünürük ki, hazırda Ağdamda icra başçısı vəzifəsini daşıyan Vaqif Həsənov ona göstərilən etimadı, etibarı lazımınca doğrulmaqdadır. Çünki o, bugünkü müdrik idarəçiliyi ilə ad-san qazanır, hər sakinin probleminə diqqətlə yanaşır, əldə etdiyi zəngin iş təcrübəsini rayona məxsus problemlərin həllinə yönəldir. Hər kəs də atılan addımların canlı şahidi olur. Bunlar gəlişi xoş sözlər deyil, əslində əsl həqiqətlərdir.

Vüsal BAYRAMOV 

Daha çox xəbərlər