Region Xəbərləri 

Ağdamda orta məktəbin şagirdləri “Zəfər Günü” ilə əlaqədar “Tariximizi öyrənək” mövzusunda ekskursiyada olublar

Ağdam Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq “Zəfər Günü” ilə əlaqədar Ağdam rayon 147 saylı ümumi orta məktəbin şagirdləri Bayraq Muzeyində ̎Tariximizi öyrənək ̎ mövzusunda ekskursiyada olublar.
Bayraq Muzeyinə giriş şagirdlərin ifasında Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıb. Daha sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Məktəbin tarix müəllimi Əzizova Sevinc 44 günlük Vətən müharibəsi ərəfəsində Ali Baş Komandanın ətrafında Azərbaycan xalqının bir yumruq kimi birliyindən ,rəşadətli Azərbaycan əsgərinin misilsiz şücaətindən ,torpaqlarımızın bir birinin ardınca necə azad olunmasından şagirdlərimizə məlumat verib. O bildirib ki : “Sentyabrın 27- dən başlayan və 44 gün davam edən işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin –Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Rəşadətli Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi”.
Daha sonra şagirdlər muzeydəki eksponatlarla tanış edilib.
“Tariximizi öyrənək“ adlı ekskursiyaya gedən şagirdlər çox böyük ruh yüksəkliyi ilə sonda gözəl ifalar səsləndiriblər.
Tədbirdə “Qalib Azərbaycan xalqı” və ̎Müzəffər Ali Baş Komandan ̎ ideyası xüsusilə vurğulanmışdır.

 

Daha çox xəbərlər