Azərbaycanın İstanbul Baş Konsulluğu Zəfər günü ilə bağlı tədbir keçirib
Türkiyədə Azərbaycanın 8 Noyabr Zəfər günü ilə bağlı keçirdiyi tədbirlər çərçivəsində İstanbulda “Şanlı zəfərin birinci ildönümünə həsr olunmuş gecə” keçirilib.
ARANTV.AZ xəbər verir ki, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə İstanbul valiliyinin, Türkiyə Mədəniyyət Turizm Nazirliyinin nümayəndələri, deputatlar, Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin üzvləri, qazilər, KİV təmsilçiləri iştirak ediblər.
Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulu Nərminə Mustafayeva deyib ki, 84 milyonluq Türkiyə müharibənin ilk anlarından Azərbaycanın yanında olub: “Azərbaycanın 44 günlük zəfər bayramı mübarəkdir! Bu gün buraya Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bu günü qeyd etmək üçün toplaşdıq. Amma bu zəfər təkcə Azərbaycanın deyil, bizim yanımızda olan, bizi dəstəkləyənlərin hamısının zəfəridir”.
Telejurnalist Səidə Ömərin təqdimatı ilə baş tutan bayram tədbiri musiqiçilərin, rəqs qrupunun ifası ilə başa çatıb.

