Region Xəbərləri 

Bərdə rayon Heydər Əliyev Mərkəzində “Hərbi Qənimətlər Parkı” haqqında onlayn sənədli film nümayiş etdirilmişdir.

Filmin nümayişindən əvvəl Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqdan və “Hərbi Qənimətlər Parkı”nın yaradılmasından danışıb. Daha sonra Bərdə rayon Mollaisalar kənd tam orta məktəbin direktoru Ceyran Abduləzimova 44 günlük Vətən müharibəsində qazandığımız qələbədən və bu qələbədə şəhidlərimizin, qazilərimizin rolundan bəhs edib. Sonra Bərdə rayon Mollaisalar kənd tam orta məktəbin şagirdləri filmə tamaşa edib.

Daha çox xəbərlər