Zəfər Gününə həsr olunan videoproyeksiya nümayiş etdiriləcək
Zəfər Gününün ildönümü münasibətilə noyabrın 8-də Bakıda Muzey Mərkəzinin binası üzərində videoproyeksiya nümayiş etdiriləcək.
ARANTV.AZ xəbər verir ki, saat 20:55-dən Muzey Mərkəzinin fasadında Vətən müharibəsi və Zəfər Gününə həsr edilən audiovizual kompozisiya videoproyeksiya olunacaq.
Videoproyeksiya gecə 00:00-dək davam edəcək.

