Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Ermənistanda müdafiə naziri problemi: Suren Papikyanı da sələflərinin aqibəti gözləyir

By Vüsal Rafiqoğlu
15.11.2021 3 Min Read

Ermənistan cəmiyyəti, müxaifəti və hakimiyyəti 44 günlük müharibədən sonra hələ də toparlana bilmir. Ölkə siyasi xadimlərinin revanşist bəyanatları, cəmiyyətin xülyalarla yaşaması, hakimiyyətin kadrlarının tez-tez dəyişməsi bundan xəbər verir. Ermənilər sanki özlərinə Cənubi Qafqazda yer tapa bilmirlər.

Son günlər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində erməni silahlı dəstələrinin fəaliyyəti, iki ölkə sərhədində Ermənistan hərbçilərinin atəşkəsi pozması, habelə erməni terrorçunun Daşaltıda Azərbaycan və Rusiya hərbçilərinin postuna qumbara ilə hücum etməsi ölkədə çaşqınlığın hakim olduğundan xəbər verir.

Noyabrın 15-də Ermənistanın Baş naziri Nikol Paşinyanın təqdimatı ilə müdafiə naziri Arşak Karapetyan tutduğu vəzifədən azad edilib. Ölkə Prezidenti Armen Sarkisyan onun yerinə Baş nazirin müavini Suren Papikyanı təyin edib. Qeyd edək ki, S.Papikyan 1986-cı ildə aprelin 26-da Ermənistanın Stepanavan şəhərində anadan olub. İrəvan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 2012-2016-cı illərdə Sankt-Peterburq Dövlət Universitetinin aspiranturasında oxuyub. 2018-ci ildə ərazi idarəetmə və inkişaf naziri işləyib. 2021-ci il avqustun 2-də Baş nazirin müavini təyin olunub.

Yeri gəlmişkən, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanın müdafiə naziri dördüncü dəfədir dəyişir. Müharibə zamanı Ermənistanın müdafiə naziri postunu David Tonoyan tuturdu. O, 2020-ci il noyabrın 20-də işdən çıxarılıb. Həmin vəzifəyə Vaqarşak Arutyunyan təyin olunub. O, 2021-ci il iyulun 20-də vəzifəsindən azad olunub. Həmin il avqustun 2-də Arşak Karapetyan Ermənistanın müdafiə naziri təyin olunmuşdu. O, noyabrın 15-də vəzifəsindən uzaqlaşdırılıb.

Nikol Paşinyan Karapetyanın işdən çıxarılması ilə bağlı qərarına belə aydınlıq gətirib: “Bu qərar dünəndən etibarən baş verən hadisələrin təhlili nəticəsində qəbul edilib. Hazırkı vəziyyət məni nazirin dəyişdirilməsi qərarına gətirib çıxardı”. Bəs Baş nazirin istinad etdiyi gün nə baş verib? Ermənistan silahlı dəstələri Kəlbəcər və Laçın istiqamətində Azərbaycan mövqelərinə atəş açmış və ordumuz tərəfindən susdurulmuşdular. Ancaq Arşakın fəaliyyəti yalnız bununla bitmir. O, noyabrın əvvəlində Azərbaycana qanunsuz səfər etmişdi. Başqa sözlə, Karapetyan son həftələr yalnız təxribatçı addımlar atmaqla məşğul olub. Azərbaycan ərazilərinə qanunsuz səfər, Qaragöl ətrafında təxribat, Azərbaycan hərbçilərinin mövqelərinin atəşə tutulması və s. Sonuncu dəfə noyabrın 10-da Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etmişdi: “Buna oxşar təxribatlar gələcəkdə təkrarlanarsa, görəcəyimiz tədbirlər daha sərt və təsirli olacaq”.

Yeri gəlmişkən, 2020-ci ilin aprelində Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan “ərazi qarşılığında sülh”ü qəbul etmədiklərini bildirərək başqa bir tezis irəli sürmüşdü: “Yeni müharibə – yeni ərazi. Biz rəqibin ərazisində hərbi fəaliyyət göstərə bilmək üçün taqımların sayını artırmalıyıq”. Nikol Paşinyan isə onu dəstəkləyərək hökumət rəsmisinin dediklərini malalamağa çalışıb və yeni səhvə yol verib: “Tonoyan başqa bəyanatla çıxış etsəydi, onu müdafiə naziri vəzifəsindən azad edərdim”.

44 günlük müharibə başlamazdan əvvəl isə Ermənistan rəsmiləri, Baş nazir Nikol Paşinyan, Prezident Armen Sarkisyan, müdafiə naziri David Tonoyan, Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Onik Qasparyan və başqalarının işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz səfər edirdilər. Paşinyanın arvadı Anna Akopyan isə əlində avtomat Azərbaycan torpaqlarında işğalçı erməni hərbçilərə ruh verirdi. Bütün bunlar o vaxt müharibənin başlaması üçün səbəblərdən idi.

Son zamanlar Karapetyanın və Ermənistan ordusunun Azərbaycana qarşı təxribatçı, təhrikedici davranışı bölgədə hərbi əməliyyatların yenidən başlaması üçün əsas ola bilər. Bu baş verərsə, Ermənistanın daha acınacaqlı vəziyyətə düşəcəyi istisna edilmir. Görünür, şəraitin ağırlaşacağından narahat olan, ötənilki hadisələrdən nəticə çıxaran Nikol Paşinyan müdafiə nazirinin işdən qovmaqla həm də hakimiyyətdəkilərə özünəməxsus şəkildə xəbərdarlıq edib.

Xatırladaq ki, Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan da Azərbaycana qanunsuz səfər etdikdən sonra vəzifəsindən qovulmuşdu.

Beləliklə, Karapetyanın davranışı deməyə əsas verir ki, hakimiyyət daxilində fikir ayrılığı var. Keçmiş Prezident Robert Koçaryanın və tərəfdarlarının Paşinyanı devirib onun itirdiklərini qaytaracaqları ilə bağlı verdikləri boş vədlər də revanşistləri ruhlandırır. Paşinyan yürütdüyü siyasətdən çıxanları vəzifədən azad etməklə fəaliyyətini davam etdirmək niyyətindədir. Belə görünür, Ermənistan hökuməti ötənilki kapitulyasiyadan dərs alıb. Son bir ildə 4 nəfərin müdafiə naziri vəzifəsində təyin edilməsi bunu təsdiqləyir. Bu dərs regionun inkişafına, təhlükəsizliyinə və əməkdaşlığa xidmət edərsə, onda Cənubi Qafqaz dünyanın təhlükəsiz, inkişaf etmiş və perspektivi olan bölgəsinə çevrilər.

Sədrəddin İsmayılov,
Report.az

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Mikayıl Cabbarov Vətən Müharibəsində iştirak edən nazirlik əməkdaşları ilə görüşüb – FOTO

Next

Artıq müqəddəs üçrəngli bayrağımız Azərbaycanın hər bir yerində, eləcə də,Qarabağımızın mədəniyyət beşiyi olan Şuşamızda dalğalanır.

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv