Region Xəbərləri 

Artıq müqəddəs üçrəngli bayrağımız Azərbaycanın hər bir yerində, eləcə də,Qarabağımızın mədəniyyət beşiyi olan Şuşamızda dalğalanır.

09 noyabr 2021-ci il tarixdə Bərdə rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “9 noyabr- Dövlət Bayrağı günü”nə həsr olunmuş rayonunun fəal gənclərinin iştirakı ilə “Şuşada dalğalanan Zəfər bayrağımız” mövzusunda onlayn tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov açaraq “9 noyabr – Dövlət Bayrağı günü” münasibətilə təbriklərini söylədi, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə zəfər çalmış ölkəmizdə bu bayram tədbirinin böyük coşqu və təntənə ilə qeyd edilməsindən danışdı.
Tədbirin moderatoru, Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Fidan Nəsirli, YAP Bərdə rayon təşkilatının təlimatçısı Elmir Məmmədov , Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin Tələbə Gənclər Təşkilatının sədri Sabir Hümbətzadə , Vətən müharibəsinin iştirakçıları, rayonun fəal gəncləri Orxan Fəxrəddinov, Tural Mikayıllı və digərləri mövzu ətrafında çıxış edərək öz təbriklərini söylədilər. Çıxışlarda qeyd olundu ki,zəfər çalmış ölkəmizdə Bayraq gününün qeyd olunması daha qürürverici və fəxarətlidir. Artıq müqəddəs üçrəngli bayrağımız Azərbaycanın hər bir yerində, eləcə də, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə və Qarabağımızın mədəniyyət beşiyi olan Şuşamızda dalğalanır.

Daha çox xəbərlər