Gündəm 

Elektron siqaretə aksiz dərəcəsi tətbiq olunacaq

Tütün əvəzləyiciləri, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri aksizli mallara aid edilir.

ARANTV.AZ  xəbər verir ki,  bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, tütün əvəzləyicilərinin hər kiloqramına 30,0 manat, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədinə isə 0,25 manat aksiz dərəcəsi tətbiq olunur.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Daha çox xəbərlər