Bakı sakini bıçaqlanıb
Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə metronun Xalqlar Dostluğu stansiyasının yaxınlığında qeydə alınıb.
1984-cü il təvəllüdlü Məmmədov Sahib Səfər oğlu hələlik naməlum şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

