Sosial 

SOCAR İkinci Qarabağ müharibəsi iştirakçısı haqqında paylaşım edib

SOCAR İkinci Qarabağ müharibəsi iştirakçısı, əməkdaşı haqqında “Facebook” səhifəsində paylaşım edib.

ARANTV.AZ  xəbər verir ki, paylaşımda qeyd olunur ki, 2017-ci ildən SOCAR-ın Təhlükəsizlik İdarəsində çalışan Bayram Hüseynov atıcıdır. İşinin öhdəsindən layiqincə gələn həmkarımız xidmətdə ayıq-sayıq olmağı, həvalə edilmiş işləri məsuliyyətlə icra etməyi, mühafizəni düzgün yerinə yetirməyi bacarıb. O, Azərbaycanın strateji neft obyektlərinin təhlükəsizliyinin təmin edilməsində iştirak etdiyi üçün qürur duyur. Qəhrəmanımız həm də şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Prezidentin Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib. 25 yaşlı Bayram Hüseynov cüdo üzrə üçqat Azərbaycan çempionu, Avropa kubokları mükafatçısı və ölkəmizin ən gənc məşqçilərindən biridir.

Daha çox xəbərlər