Siyasət 

Xətibzadə: İranla Azərbaycan arasında münasibətlər yeni mərhələyə qədəm qoyub

“Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin İrana səfəri münasibətlərin normallaşmasını sübut edir”.

ARANTV.AZ  xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə İslam Respublikası ilə Azərbaycan arasındakı hazırkı münasibətləri barəsində danışarkən deyib.

XİN rəsmisi qeyd edib ki, İranla Azərbaycan arasında münasibətlər yeni mərhələyə qədəm qoyub və həmin səfər də bunun təsdiqi oldu: “Yaxın gələcəkdə müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər davam etdiriləcək”.

Xətibzadə qeyd edib ki, Azərbaycanın Baş nazirinin müavininin səfəri əvvəllər razılaşdırılmış layihələrin həyata keçirilməsinə yönəlmişdi.

Daha çox xəbərlər