Delta virusunun bütün simptomları
Hazırda COVID-19 xüsusiyyətlərini dəyişərək qrip kimi təzahür edir. Delta ştamm əvvəlki koronavirusdan daha fərqli əlamətlər göstərir.
ARANTV.AZ xəbər verir ki, hələ də insanlar “mənə soyuq dəyib”, “bəlkə qrip” deyərək, qiymətli zamanı itirir.
Bu əlamətlər mümkün yoluxmanın siqnallarıdır. Simptomlar yoluxma anından sonrakı 3-5-7 gün ərzində özünü göstərə bilər.
Əsas simptomlar:
– Əzələlərdə ağrı
– Yorğunluq, əzginlik
– Qızdırma
– Quru öskürək
– Təngənəfəslik
– Dad və iybilmənin azalması, dəyişməsi, sonra itməsi
– Ağızda quruluq
– Tərləmə
– Baş ağrısı
Nadir simptomlar:
– Dəridə qızarma
– Ürəkbulanma, qusma
– Döş qəfəsində yanma, sıxılma
– İshal, qarın ağrısı
Bu əlamətlərdən ən azı 2-3 olarsa, dərhal yaxma testi verib, ailə həkiminizə müraciət edin. Eləcə də testin cavabı çıxana kimi işə, təhsilə davam etməyin, maska taxın, özünüzü təcrid edin.

