Kriminal 

Kişi ailə üzvü tərəfindən bıçaqlandı

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

ARANTV.AZ xəbər verir ki, hadisə Gəncə prospektində qeydə alınıb.

1980-ci il təvəllüdlü Mahmudov Eldəniz Qafar oğlu yaşadığı evdə ailə üzvləri ilə mübahisə edib. Mübahisə zamanı o ailə üzvlərindən biri tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Daha çox xəbərlər