İki nəfər Vətən müharibəsi iştirakçısı Amnistiya aktı ilə cəzadan azad edildi
Zəfər günü ilə bağlı qəbul edilən Amnistiya aktının tətbiqi ilə bağlı 2 nəfər Vətən müharibəsi iştirakçısı cəzadan azad edilib.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinin rəisi Namiq İsmayılov deyib.
O bildirib ki, bununla yanaşı cəzadan azad edilənlərdən 92 qadın, 566 nəfər kişi, 47 nəfər 60 yaşdan yuxarı məhkumlardır.

