Kriminal 

Ağcabədidə kişi həyat yoldaşı və qayınatasını bıçaqladı

Ağcabədi sakini həyat yoldaşı və qayınatasını bıçaqlayıb.

ARANTV.AZ-ın xəbərinə görə, hadisə rayonun Ümid qəsəbəsində baş verib.

Qəsəbədə məskunlaşan Cəfərov İlhamiz Araz oğlu yoldaşı Cəfərova Aynurə Azim qızını və onun atası Hüsiyev Azim Kamal oğluna bıçaqla xəsarət yetirib.

Yaralılar A.Cəfərova və A.Hüsiyev Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisəni törədən İ.Cəfərov polisə təslim olub.

İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib.

Daha çox xəbərlər