Sosial 

Hazırda Türkiyədən işçi qrupun gəlməsi gözlənilir

“TURKOVAC”ın üçüncü faza sınaqlarının Azərbaycanda aparılmasına müsbət cavab verilib.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Operativ Qərargahın növbəti brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, bu istiqamətdə sənədləşmə bitib və Azərbaycan tərəfə təqdim olunub: “Sənədlər baxışdan keçirilib. Üçüncü klinik sınaqların Azərbaycanda keçirilməsinə icazə verilib. Hazırda Türkiyədən işçi qrupun gəlməsi gözlənilir. Bundan sonra sınaqlara başlanılacaq”.

Daha çox xəbərlər