Dünya 

Nur-Sultanda işləyən yeganə bank uzun növbələrə səbəb oldu – FOTO

Qazaxıstanın Nur-Sultan şəhərinin sakinləri kütləvi şəkildə yeganə işləyən bankdan pul çıxarmağa çalışırlar.

İnternet olmadığından mağazalarda ikinci gündür nağdsız ödəniş aparılmır.

Qeyd edilir ki, “Halık Bank”ın Nur-Sultandakı filialında uzun növbə yaranıb.

Bundan əvvəl Qazaxıstan Milli Bankı məlumat vermişdi ki, ölkədəki bütün maliyyə təşkilatları antiterror əməliyyatı və internetdə fasilələr səbəbindən fəaliyyətini dayandırıb.

Mənbə: Sputnik Kazaxstan “Telegram”

Daha çox xəbərlər