Gündəm 

“Teknofest”in Azərbaycanda keçirilməsi gənclərimizin texnologiyaya marağını artıracaq – Nazir

Teknofest dünya texnoloji xəritəsində öz sözünü deyir. Tədbirin ilk dəfə Türkiyə hüdudlarından kənarda Azərbaycanda keçirilməsi Türkiyə-Azərbaycan qardaşlığının, əməkdaşlığının bariz nümunəsidir.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu Teknofest Aerokosmik və Texnologiya festivalına həsr olunan mətbuat konfransı zamanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

O qeyd edib ki, Teknofest sayəsində gənclərin texnologiyaya marağı artır və bacarıqları ortaya çıxır.

“44 günlük müharibənin əsas simalarından birinə çevrilən “Bayraktar” gənclərin elmə, texnologiyaya olan kütləvi axınının göstəricisidir. Teknofest-in Azərbaycanda keçirilməsi gənclərimizin texnologiyaya olan marağına, sevgisinə öz töhfəsini verəcək”, -deyə o əlavə edib.

Daha çox xəbərlər