Kriminal 

Tanışını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulmuşdur

Fevralın 9-u saat 10 radələrində Sumqayıt şəhər sakin 1977-ci il təvəllüdlü Nazim Məmmədovun Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1979-cu il təvəllüdlü Mahir Həsənovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla Nazim Məmmədova xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci  (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Mahir Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Daha çox xəbərlər