Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

İrəvan kapitulyasiya aktını dəyişdirib? – Yeni erməni nömrəsi

By Vüsal Rafiqoğlu
13.02.2022 3 Min Read

“Zəngəzur dəhlizi” ifadəsinin erməni tərəfində, onun iqtidarlı-müxalifətli siyasi kəsimində və mediasında hansı isterik reaksiya yaratdığı məlumdur. Azərbaycan Prezidenti İlham Əliyevin AZƏRTAC-a son müsahibəsində növbəti dəfə bu mövzuda danışması hayları təzədən özündən çıxarıb.

Həmin müsahibədən sitat: “Biz indi yeni bir layihə üzərində işləyirik. Zəngəzur dəhlizi ilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişi planlarımızdadır. Mən demişdim ki, Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatlı üçün deyil. Eyni zamanda, Zəngəzur dəhlizi enerji növlərinin ixrac edilməsi ilə bağlı öz rolunu oynayacaq. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək üçün və oradan xarici bazarlara çıxmaq üçün və Türkiyədən sonra Avropaya çıxmaq üçün yeni bir xəttimiz olacaq”.

Kapitulyant ölkə mətbuatında dərc olunmuş cızma-qaraların birində erməni müəllif guya öz aləmində buna cavab olaraq yazır: “Rəsmi İrəvan dəfələrlə bildirib ki, heç bir dəhlizdən söhbət gedə bilməz. Kommunikasiyaların açılması milli suverenlik çərçivəsində nəzərdə tutulur”.

Milli suverenlik, müstəqillik, milli qürur… Doğrudan da, kimdə nə çatmır, ən çox ondan danışır.

Bəllidir ki, oxşar fikirlər tez-tez baş nazir Nikol Paşinyan və onun komanda üzvlərinin də dilindən səslənir. Bunu onunla əsaslandırırlar ki, 10 noyabr üçtərəfli bəyanatda (9-cu bənd) “Zəngəzur dəhlizi” ifadəsi yoxdur, belə bir ifadə yalnız “Laçın koridoru”na münasibətdə (6-cı bənd) işlədilib.

Əvvəla, nəinki öz sərhədlərini, az qala həyat-bacalarını, evlərini da artıq rusların qoruduğu, 30 ildə özünə dövlət qura bilməyən bir millətin suverenlikdən dəm vurması nonsens olmaqla bərabər, həyasızlıq nümunəsidir. Hələ üstəlik, Qarabağdakı müvəqqəti anklavda rusun dalında gizlənmiş separatçı-quldur qalıqları da utanıb-qızarmadan “ikinci erməni dövləti”ndən, “artsax-martsax”dan danışır, yeni “prezident seçkisi” ilə bağlı xam xəyallar qururlar.

Ermənilərin yuxusu qaçıran “Zəngəzur dəhlizi” ifadəsinə gəlincə, kapitulyant tərəfin yaddaşını yenidən təzələməyə əşhədü-ehtiyac var.

Öncə Paşinyanın imzası olan 10 noyabr sənədinin 9-cu və 6-cı bəndlərini yada salaq.

9-cu bənd: “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə MANEƏSİZ (seçdirmə bizimdir – Z.S.) hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Diqqət edildi yəqin ki, Azərbaycanın materik hissəsi ilə Naxçıvanı birləşdirən yollarda nəqliyyat vasitələrimizə, yüklərimizə, vətəndaşlarımıza Ermənistan heç bir maneə yarada bilməz! Yəni, Zəngəzur koridorunda post-zad qurula bilməz! Yollara ümumi nəzarət isə Ermənistan sərhəd qüvvələri tərəfindən yox, Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirəcək.

İndi burda sizcə, Ermənistanın “suverenliyi”ndən hansısa element, iz qaldımı? Qalmadı. Dəhliz məntiqi də elə budur.

Hələ harasıdır, “Laçın dəhlizi” ilə bağlı 6-cı bənddə tam əksinə, ermənilərə məxsus nəqliyyat vasitələrinin koridorla maneəsiz hərəkəti nəzərdə tutulmayıb.

6-cı bənddə deyilir: “Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Tərəflərin razılığı əsasında növbəti 3 il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə TƏHLÜKƏSİZLİK (Seçdirmə bizimdir – Z.S.) zəmanəti verir”.

Göründüyü kimi, Zəngəzur dəhlizindən fərqli olaraq, Azərbaycan Laçın dəhlizinə yalnız təhlükəsizlik zəmanəti verir. Ermənilər isə Zəngəzur koridoru üzrə təhlükəsizlik və maneəsiz (müdaxiləsiz!) hərəkətlə bağlı öhdəlik götürüb!

Təkrar vurğulayaq: əgər Ermənistanın Azərbaycanın materik hissəsi ilə Naxçıvanı birləşdirən yollara rəsmən (!) heç bir müdaxilə hüququ yoxdursa, ayrı sözlə, orada onun suverenliyi işləməyəcəksə, o zaman bunun adı dəhliz deyilsə, nədir? Bəlkə Ermənistan öz saxta tarixinin davamı kimi, kapitulyasiya aktının bəndlərinə “düzəlişlər” edib, xəbərimiz yox? Belə nömrələr keçməyəcək!

Yox, erməni Zəngəzur dəhlizində postlar quracaqsa, o zaman Azərbaycan da Laçın dəhlizində (istər köhnəsi olsun, istərsə də təzəsi) eyni addımları atacaq. Belə bir xəbərdarlığı Azərbaycan prezidenti artıq edib. Ötən il, dekabrın 15-də, Brüsseldə…

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Oğuzda avtomobil çaya aşıb, ölənlər və yaralananlar var – FOTO

Next

İlham Əliyev və Mehriban Əliyeva “Ağcabədi taxıl Aqropark”la tanış olublar

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv