Hadisə 

Bakıda gənc oğlan boynundan bıçaqlanıb

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.

1998-ci il təvəllüdlü Vahabov Elşad Elnur oğlu tanışı ilə dava zamanı boyun və döş qəfəsindən bir neçə bıçaq xəsarəti alıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktı Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

Daha çox xəbərlər