“Daha çox ABŞ şirkətlərinin Azərbaycanda olmasını istərdim”
Cənub Qaz Dəhlizi karbohidrogendən sonrakı dövrdə də böyük rol oynaya bilər.
Bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer brifinqdə Trend-in sualını cavablandırarkən deyib.
“Azərbaycan qazı Balkan ölkələrinə təmiz enerjiyə keçməyə kömək edə bilər. Cənub Qaz Dəhlizi hidrogeni də nəql edə bilər və beləliklə, karbohidrogendən sonrakı dövrdə də böyük rol oynaya bilər.
ABŞ şirkətləri Qarabağda bir çox sahələrdə fəaliyyət göstərə bilər.
“Mən daha çox ABŞ şirkətlərinin Azərbaycanda olmasını istərdim. Amerika şirkətlərinin Qarabağda yenidənqurma prosesində iştirak etmək üçün böyük təcrübəsi və qabaqcıl texnologiyaları var”, – E.Litsenberger bildirib.

