Hadisə 

Bakıda mənzildən meyit tapıldı

Bakının Xətai rayonunda mənzildən meyit tapılıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.

Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1978-ci il təvəllüdlü Qasımov Vüsal Vaqif oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Daha çox xəbərlər