Hüquq müdafiəçiləri Rüfət Səfərov və Zaur Əkbər Nəriman Rayon Polis İdarəsinin ərazisində polislər tərəfindən şiddətə məruz qaldıqlarını iddia ediblər.
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov iddialara cavab verib:
“Onlar Nəriman Rayon Polis İdarəsinin ərazisində çəkiliş ediblər, onlara xəbərdarlıq edilib ki, çəkiliş etməsinlər. Orada heç kim döyülməyib, sadəcə deyiblər ki, çəkiliş aparmayın. Rüfət Səfərovla əlaqə saxladım, o da anlayışla qarşıladı. Çox təəssüf olsun ki, bəziləri sürücülərin bu hərəkətindən öz siyasi məqsədləri üçün sui-istifadə etməyə cəhd edirlər”.